Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub

05 Mart 2026

İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha 9 nəfərin təxliyəsi baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təxliyə edilənlərin 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi ilə həyata keçirilib.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.