Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti barədə

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti barədə

05 Mart 2026

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Bunu "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir".

Müsahibəni hazırladı:

Mətin Kamal