Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənəcəyinə ümid edir

Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənəcəyinə ümid edir

05 Mart 2026

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" "Armenpress"ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib.

Paşinyanın sözlərinə görə, iki ölkənin münasibətlərində iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil etməyə başlayır.