Son iki saatda İrandan Azərbaycana daha 13 nəfər təxliyə olunub

Son iki saatda İrandan Azərbaycana daha 13 nəfər təxliyə olunub

05 Mart 2026

İrandan Azərbaycana bu gün saat 14:00-dan 16:00-dək daha 13 nəfər təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təxliyə edilənlərin 10-u Azərbaycan, 1-i Kanada, 1-i Özbəkistan, 1-i isə Rusiya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1339-ya çatıb.