İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycanın Silahlı Qüvvələri - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı əlavə edib ki, bununla da onlar istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.








