Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı Azərbaycanın "Dəmir yumruğ"unu görəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı proseslərin gedişatı ilə əlaqədar məlumatlandırılacaq:
"Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək".








