Ceyhun Bayramov və Hakan Fidan İranın Naxçıvana dron hücumlarını müzakirə edib

Ceyhun Bayramov və Hakan Fidan İranın Naxçıvana dron hücumlarını müzakirə edib

05 Mart 2026

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.