Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib -

Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib - FOTO

05 Mart 2026

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubad rayonundan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditin alınması, texnikanın güzəştli şərtlə əldə olunması, suvarma suyu ilə təminat, bağ sahəsinin qeydiyyata alınması, cins damazlıq heyvanların güzəştli şərtlə alınması və digər məsələlərlə bağlı olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məılumata əsasən, AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Ordubad rayonunun Qoşa Dizə kəndində fermer Nəcəfov Samir Cəlal oğluna məxsus heyvandarlıq təsərrüfatına və Baş Dizə kəndində İsgəndərov Bağı Nağı oğluna məxsus meyvə bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və meyvə bağlarında aparılan aqrotexniki tədbirlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyələr verilib.