İrandan Azərbaycana ümumilikdə 1424 nəfər təxliyə edilib

İrandan Azərbaycana ümumilikdə 1424 nəfər təxliyə edilib

05 Mart 2026

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1424 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin  məlumatına əsasən, onlar 48 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 20:00-a qədər sərhədi 273 Azərbaycan vətəndaşı keçib.