İranın Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb

İranın Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb

05 Mart 2026

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.

Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.