Bu günədək Azərbaycan vasitəsilə 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olunub

Bu günədək Azərbaycan vasitəsilə 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olunub

05 Mart 2026

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1341 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına əsasən, onlar 46 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 18:00-a qədər sərhədi 273 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 402, Rusiyanın 262, Tacikistanın 111, Pakistanın 88, Omanın 46, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 11, Gürcüstanın 10, Braziliyanın 8, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiya və Nigeriyanın hərəsinin 5, İordaniya, İsveçrə və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin, Qazaxıstan, Türkiyə, Xorvatiyanın hərəsinin 3, Nepal, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya, Böyük Britaniyanın hərəsinin 2, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, Ukrayna, İsveç, Kanada və Almaniyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.