Naxçıvandan daxili və xarici istiqamətlərdə uçuşlar dayandırılıb
Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata əsasən, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır: "Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq".








