Bu günədək Azərbaycan vasitəsilə 1317 nəfər İrandan təxliyə olunub

Bu günədək Azərbaycan vasitəsilə 1317 nəfər İrandan təxliyə olunub

05 Mart 2026

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına əsasən, onlar 45 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.