İran səfiri Azərbaycan XİN-ə çağırılıb
İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək.
"İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik".
Xatırladaq ki, martın 5-i günorta radələrində Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib.








