Magistraturaya qəbul imtahanının ikinci cəhdinin vaxtı bilinib
Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi məlum olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər 1-14 aprel tarixlərində qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, sözügedən imtahan mayın 17-si keçiriləcək.








