Pərviz Şahbazov Trayço Traykov ilə görüşüb

Pərviz Şahbazov Trayço Traykov ilə görüşüb

03 Mart 2026

Azərbaycan və Bolqarıstan energetika sahəsində əməkdaşlığı müzakirə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Məşvərət Şurası nazirlər iclasları çərçivəsində Bolqarıstanın energetika naziri Trayço Traykov ilə görüş keçirdik. Təbii qaz tədarükü, Bolqarıstanın qazlaşdırma layihəsi və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığımızın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Ötən il Azərbaycandan Bolqarıstana 1,65 milyard kubmetr qaz tədarük edilib", - paylaşımda qeyd edilib.