Pərviz Şahbazov: "Artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır"
Dünya sürətlə süni intellektin, data mərkəzlərinin və rəqəmsallaşma ilə şərtlənən "elektrik əsri"nə qədəm qoyur və artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb: "Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 %, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1,2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub".
Nazir bildirib ki, ötən il 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 %, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 % təşkil edir: "Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil".








