Slovakiyanın İrandakı səfirliyinin 6 nəfərlik heyəti Azərbaycana təxliyə edilib
Slovakiyanın İrandakı səfirliyinin altı nəfərlik heyəti Azərbaycana təxliyə olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Slovakiya diplomatlarının təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlamasından sonra bu ölkədən Azərbaycana ümumilikdə 615 nəfərin keçidi təmin olunub.








