Pərviz Şahbazovla Martina Oppizi arasındakı görüş keçirilib

Pərviz Şahbazovla Martina Oppizi arasındakı görüş keçirilib

02 Mart 2026

Azərbaycan və Fransanın "Total Energies" şirkəti "Abşeron" qaz kondensat yatağının tammiqyaslı işlənməsi, əməliyyatların karbon izinin azaldılmasını müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr P.Şahbazov ilə "Total Energies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi arasındakı görüşdə aparılıb.

"Şəbəkənin gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik", - nazir vurğulayıb.