Şahin Mirzəyev Sədərək sakinlərini qəbul edəcək

Şahin Mirzəyev Sədərək sakinlərini qəbul edəcək

02 Mart 2026

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev martın 5-də  Sədərək rayon sakinlərini qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 11:00-da Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsi-nin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı martın 4-ü saat 11:00-dan etibarən həmin ünvanda aparılacaq.

Qəbul və qeydiyyatda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsi və müraciətlə bağlı digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Bildirilib ki, qəbul zamanı yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid məsələlərə baxılacaq.