Ordubad rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ordubad rayonunun bəzi ərazilərində işıq olmayacaq

25 Fevral 2026

Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq və  Düylün 10 kv-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azadkənd, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə, Gilançay, Düylün, Çənnəb, Üstüpü və Məzrə  kəndlərində saat 14:00-dan  15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, şəbəkənin etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.