Türkiyə–Ermənistan və Azərbaycan–Ermənistan normallaşma prosesləri paralel aparılır
Türkiyə–Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan hər iki istiqamət üzrə proseslər paralel şəkildə aparılır:
"Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək, bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik".








