Əhliman Əmiraslanov: Psevdo qurumlara qarşı ciddi mübarizə aparılmalıdır
Bu gün dünyada çox sayda psevdo qurumlar yaradılıb, onlara qarşı mübarizə gücləndirilməlidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci il üzrə Ümumi yığıncağında deyib.
Deputat həmçinin hazırda elmi məktəb yaratmağın çətin olduğunu da bildirib:
"Bunu tədqiqatçılar da bilir. Hesab edirəm ki, istər AMEA-nın, istərsə də Elm və Təhsil Nazirliyinin tabeliyində elmi məktəblərə xüsusi diqqət yetirilməlidir. Mənim bununla bağlı narahatlıqlarım var".
Ə.Əmiraslanov eyni zamanda tibbi müalicə sahəsində elmi tədqiqatların gücləndirilməsini də məqsədəuyğun sayıb:
"Fikrimcə, təkcə psixoloji deyil, ümumi tibb sahəsində də tədqiqatlar aparılmalıdır".








