Naxçıvanda gecə saatlarında internet olmayacaq
Fevralın 24-də saat 00:00-dan05:00-dək rabitə infrastrukturunda planlı yenilənmə işləri aparılacaq.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bununla əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası ərazisində internet və rabitə xidmətlərində qısamüddətli fasilələr yarana bilər.








