Ağdərənin dörd kəndinə yeni köçürülən ailələrə açarlar təqdim edilib - YENİLƏNİB
Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.
Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailənin (84 nəfər) qayıdışı təmin olunub.








