Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib

Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib

23 Fevral 2026

Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri siyahısına Bəhreyn Krallığı da əlavə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.