Azərbaycan və İran arasında əməkdaşlıq memorandumu imzalandı
Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasının yekununa dair əməkdaşlıq memorandumu imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Birgə Dövlətlərarası Komissiyanın 17-ci iclasının əməkdaşlıq memorandumu AzərbaycaN Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq tərəfindən imzalanıb.
Memorandumda nəqliyyat, tranzit, sənaye, mədəniyyət, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və davam etdirilməsi nəzərdə tutulub.








