WUF13 çərçivəsində Liderlərin Sammitinin keçiriləcəyi tarix açıqlandı

WUF13 çərçivəsində Liderlərin Sammitinin keçiriləcəyi tarix açıqlandı

23 Fevral 2026

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə bildirib.

Onun sözlərinə görə, artıq 10-dan çox dövlət başçısı bu tədbirdə iştirakını təsdiqləyib.

C.İsmayılzadə xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.