Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı kəskin artıb
2025-ci ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 031 manatlıq 3 386 fırıldaqçılıq halı baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, III rüblə müqayisədə müvafiq olaraq 50,5 % və 51,6% çoxdur.








