Pərviz Şahbazov Dorin Junqietu ilə görüşüb
Azərbaycan və Moldova arasında təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlığı müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşüb.
Görüşdə təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanları dəyərləndirilib.








