Naxçıvanda hərbi rəhbərlər ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq

Naxçıvanda hərbi rəhbərlər ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq

27 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilən məlumata görə, 2021-ci ildə sertifikatlaşdırma prosesində iştirak etmiş ümumtəhsil müəssisələrinin hərbi rəhbərləri 2026-cı ilin aprel-may aylarında ikinci dövriyyə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, çağrışaqədərki hazırlıq fənnini tədris edən müəllimlər sertifikasiyada iştirak edəcəklər. Pedaqoji ixtisası olan və daimi əmək müqaviləsi ilə hər hansı fənni tədris edən, eyni zamanda hərbi rəhbər vəzifəsi daşıyan şəxslər yalnız tədris etdikləri fənlərdən biri üzrə imtahan verə bilərlər.

Pedaqoji təhsili olmayan hərbi rəhbərlər isə yalnız Çağrışaqədərki hazırlıq fənni üzrə sertifikasiyada iştirak etmək hüququna malikdirlər.