Azərbaycanın Dubay şəhərində baş konsulu təyin olunub -

Azərbaycanın Dubay şəhərində baş konsulu təyin olunub - SƏRƏNCAM

27 Fevral 2026

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.