Azərbaycanın Bəhreyn Krallığında səfiri təyin olunub - SƏRƏNCAM
Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
C.Hüseynov bu təyinata qədər Azərbaycanın Dubay şəhərində baş konsulu vəzifəsini tutub.








