Məktəb rəhbərləri yenidən imtahana cəlb olunacaq
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş məktəb rəhbərlərinin ikinci dövriyə imtahanında iştirak edəcəyini açıqlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumtəhsil məktəblərinin direktorları, digər rəhbər şəxslər və pedaqoji fəaliyyətlə məşğul olan tədris köməkçi heyət 2026-cı ilin aprel-may aylarında ikinci dövriyə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Qeyd olunub ki, 2021-ci ildə sertifikatlaşdırmada iştirak edən və uğur qazanan, eləcə də 2021–2022-ci illərdə uğur əldə edə bilməyən təhsilverənlər cari tədris ilində tədris etdikləri fənlər üzrə yenidən imtahan verəcəklər.








