Daxili işlər naziri Şərurda vətəndaş qəbulu keçirəcək
Süleyman Neymətov tərəfindən vətəndaş qəbulu keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul martın 6-sı saat 10:00-da Şərur Rayon Polis İdarəsi-nin inzibati binasında təşkil olunacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 6 mart 2026-cı il tarixədək Şərur Rayon Polis İdarəsinə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi-nin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.








