Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

03 Mart 2026

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 725 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına əsasən, fevralın 28-dən martın 3-ü saat 14:00-a qədər sərhədi 165 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 224, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 71, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətər və Banqladeşin hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Özbəkistan, Türkiyə və İranın hərəsinin 2, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.