Naxçıvan şəhərinin bir sıra ərazilərinin qaz təchizatında fasilə olacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərinin qaz təchizatında fasilə olacaq

11 Mart 2026

Naxçıvan şəhərinin 48-ci məhəlləsində qaz boruları korroziyaya uğrayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin boruların təmir-bərpası ilə əlaqədar bu gün saat 14:30-dan 16:30-dək 450 abonentin qaz təchizatında məhdudiyyət olacaq. İşlər yekunlaşdıqdan sonra məhəlləyə təbii qazın verilişi təmin ediləcək.