İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 168 nəfər təxliyə olunub

İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 168 nəfər təxliyə olunub

11 Mart 2026

İrandan fevralın 28-i saat saat 8:00-dan martın 11-i saat 10:00-dək Azərbaycana 72 ölkənin 2 168 vətəndaşı təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, təxliyə olunanların 383 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda Çindən 633, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əl-Cəzair 25, S.Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10, B.Britaniyadan, Kanadan 9, Braziliya, Qazaxıstan 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistandan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən,ABŞ, Finlandiya, Niderland hərəsindən 4, Qətər, Filippin, Xorvatiya, Danimarka 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyadan hərəsindən 2, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən 1 vətəndaş Azərbaycana təxliyə olunublar.