Gecikdirilmiş 108 min manata yaxın vəsait işçilərə ödənildi

Gecikdirilmiş 108 min manata yaxın vəsait işçilərə ödənildi

11 Mart 2026

2026-cı ilin yanvar-fevral ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Görülən tədbirlər nəticəsində həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.