Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşüb
Türkiyənin İnsan hüquqları üzrə müvəkkili, Baş Ombudsman Mehmet Akarca Azərbaycanın bu ölkədəki səfirliyində olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X"dəki hesabında yazıb.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair məsələlər müzakirə olunub.
https://x.com/R_Eynaddinoglu/status/2031397745169232360/photo/1








