Türkiyə parlamentinin İranla bağlı xüsusi iclası keçirilir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) regionda baş verən proseslər, o cümlədən ABŞ və İsrailin İrana qarşı əməliyyatına dair xüsusi iclası keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyə parlamentinin sədri Numan Kurtulmuş iclası açaraq hazırda regionda baş verən hadisələr fonunda İranda insan itkilərini böyük faciənin yeni həlqələri adlandırıb:
"Bölgədəki mövcud vəziyyətin hissə-hissə deyil, bütövlükdə nəzərdən keçirilməsi zəruridir. Bizim siyasi mövqeyimiz aydındır. Bizim mədəniyyət irsimiz, tarixi şüurumuz və milli keyfiyyətimiz zülm qarşısında sözü əyib bükmək deyil, haqqı açıq şəkildə ifadə etməyi tələb edir. Məhz belə dövrlərdə danışmaq vicdan və məsuliyyət məsələsidir. Türkiyə belə vaxtlarda susa bilməz, qazi parlamentimiz belə vaxtlarda susa bilməz".
Müzakirələr daha sonra qapalı formatda davam etdirilib.








