ABŞ İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb

ABŞ İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb

07 Mart 2026

ABŞ "Epik qəzəb" hərbi əməliyyatı çərçivəsində İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ağ Ev rəhbəri Donald Tramp bunu Floridada keçirilən "Amerikanın Qalxanı" sammitində açıqlayıb.

"Biz onların rabitəsini məhv etdik və bütün telekommunikasiyalar yox oldu. Bilmirəm onlar necə ünsiyyət qururlar, amma düşünürəm ki, nəsə tapacaqlar", - o deyib.

Tramp bildirib ki, ABŞ əməliyyat zamanı İranın 42 hərbi gəmisini məhv edib: "Onlardan bəziləri olduqca böyükdür".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat martın 1-də təsdiqlənib.