İstanbulda TDT XİN Şurasının qeyri-rəsmi iclası başlayıb
İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasa Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan sədrlik edir.
İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN rəhbərləri və TDT Baş katibi iştirak edir.








