Naxçıvanda əhalinin 50,1%-ni qadınlar təşkil edir

Naxçıvanda əhalinin 50,1%-ni qadınlar təşkil edir

07 Mart 2026

“Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublika əhalisinin 50,1 faizini qadınlar təşkil edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədrinin sözlərinə görə, təhsil sahəsində işləyənlərin 70%-nı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 80%-i, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 62%-i qadınlardır.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36%-ni qadınlar təşkil edir. Eyni zamanda, muxtar respublikadan 1 qadın deputat Azərbaycan Respublikası Milli Məclisinə seçilmişdir.

Ramilə Seyidova qeyd edib ki,  hazırda bələdiyyə üzvlərinin 182 nəfərini qadınlar təşkil edir.