ABŞ İranın Naxçıvana qarşı pilotsuz təyyarə hücumunu pisləyib
ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı pilotsuz təyyarə hücumunu pisləyən bəyanat yayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəyanatda deyilir:
"Amerika Birləşmiş Ştatları 5 mart tarixində İran rejiminin Azərbaycan Respublikasına qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir.
Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə hücumlar qəbuledilməzdir və ABŞ-ın həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq".








