Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı, siyasi, iqtisadi və regional əlaqələndirmə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin TDT çərçivəsində koordinasiyanı müzakirə ediblər.
Eyni zamanda Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
https://x.com/AzerbaijanMFA/status/2030274550663893132/photo/1








