İndiyə qədər 33 qadın sahibkara 500 min manatdan artıq qrant ayırıb

İndiyə qədər 33 qadın sahibkara 500 min manatdan artıq qrant ayırıb

07 Mart 2026

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 33 qadın sahibkara 500 min manatdan çox qrant ayırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, eyni dövrdə qurum həmçinin 36 qadın sahibkara "Startap" şəhadətnaməsi təqdim edib.

Bundan başqa, qadın sahibkarlar üçün müxtəlif mövzularda 5 200-dən çox təlim keçirilib, 2 600-dən çox məsləhət xidməti göstərilib. Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planın hazırlanmasında dəstək təmin olunub. Qadın sahibkarların müraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb. Ümumilikdə 1 030-dan çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.