Ceyhun Bayramov Türkiyə Prezidentinin qəbulunda olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının üzvlərini qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyə Prezidentinin qəbulunda olub.








