Naxçıvanda məktəblərdə vakant olan bu vəzifəyə qəbul üçün test imtahanı keçirilib - FOTO
Martın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test imtahında 29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 279 namizəd iştirak edib.
️İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə 20 vəzifə çıxarılıb.









