Daha 29 Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

Daha 29 Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

07 Mart 2026

7 mart saat 12:00-dək daha 29 Çin vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 516 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.